Dünya futbolu

Ronaldo “Əl-Nəsr” rəhbərliyi ilə görüşdü – Təfərrüatlar

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo klub rəhbərliyi ilə görüşüb.

Aut.az xəbər verir ki, o, komandadakı gələcəyini müzakirə edib. Jurnalist Rudi Qalettinin sosial şəbəkələrdə verdiyi məlumata görə, görüş zamanı Ronaldonun yeni müqaviləsinin şərtləri müzakirə olunub. Danışıqlarda Səudiyyə Ərəbistanının Turizm Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Mənbənin sözlərinə görə, tərəflər müqavilənin uzadılması ilə bağlı razılığa gəliblər.

Kriştiano Ronaldo 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.