İnyestanın komandasına götürəcəyi 3 müasir futbolçu
“Barselona”nın və İspaniya millisinin əfsanəvi sabiq yarımmüdafiəçisi Andres İnyesta komandasına görüə biləcəyi üç hazırkı futbolçunun adını açıqlayıb.
Aut.az xəbər verir ki, İnyestanın seçimi alman qapıçı Mark-Andre ter Ştegen və iki ispan – yarımmüdafiəçi Pedri və cinah oyunçusu Ansu Fati olub. Hər üçü “Barsa”nın oyunçularıdır.
İnyestanın “Barselona”nın heyərtində bu futbolçulardan yalnız ter Ştegenlə birlikdə oynamağı bacarıb. Andres 2017/2018 mövsümü başa çatdıqdan sonra Kataloniya klubunu tərk edib. Fati və Pedri daha sonra “Barselona”nın əsas komandasında debüt ediblər.
Aut.az
