Dünya futbolu

Lukakunun müdafiəsinə qalxdı: Deyəsən, tənqid onu…

Fransa millisinin sabiq hücumçusu Cibril Sisse hesab edir ki , Romelu Lukaku təzyiqlərin ödəsindən mükəmməl gəlir.

“O, getdiyi yerdə qol vuran böyük futbolçudur. Tez-tez tənqid olunur, amma psixoloji cəhətdən güclü oğlandır. Deyəsən, tənqid onu daha yaxşı edir, bu çox gözəldir”, – Sisse bildirib.

30 yaşlı belçikalı hücumçu “Çelsi”yə məxsusdur. Romelu bu mövsüm “Roma”da icarə əsasında çıxış edir. “Qurdlar”ın heyətində bütün yarışlarda forvard 37 matçda 18 qol vurub. Transfermarkt portalı Lukakunu 30 milyon avro qiymətləndirir.

Aut.az