PSJ-də texnika nümayişi: Rusiyalı biabır oldu – VİDEO
PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov öz texnikasını komanda yoldaşlarına nümayiş etdirmək istəsə də, fiaskoya uğrayıb.
Aut.az xəbər verir ki, hər şey futbolçuların sadə oyunu zamanıbaş verib. Parisli oyunçular topu yerə düşmədən havada saxlamaqla bir-birinə ötürüb.
Hər şey yolunda getdiyi zamanda Safonovun bərbad texnikası planı pozub. Bir neçə uğurlu toxunuşdan sonra qapıçı ötürməni düzgün qəbul etməyib.
Bununla belə, Safonov ötürməyə görə komanda yoldaşını səhv günahlandırıb. Xatırladaq ki, PSJ son vaxtlar rusiyalının ictimai davranışından narazıdır.
Safonov bu yaxınlarda sosial şəbəkədə əvəzedici statusu haqda yazıb və bunun onu qıcıqlandırdığını bildirib.
Aut.az
