Dünya futbolu

Ronaldo qol vurdu, səcdə etdi – VİDEO

Səudiyyə Ərəbistanı çempionatında 27-ci turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl Nəsr” “Əl Şabab” üzərində əzmkar qələbə qazanıb. Qonaqlar 40-cı dəqiqədə hesabda 2:0 öndə olsalar da, “Əl Nəsr” 3 qol vura bilib.

Matçda son nöqtəni 59-cu dəqiqədə Ronaldo qoyub. Onun qoldan sonra səcdə etməsi isə xüsusən diqqət çəkib.

“Əl Nəsr”çempionatın başa çatmasına 1 tur qalmış lider “Əl İttihad”dan 3 xal geri qalaraq turnir cədvəlində 2-ci yeri tutur.