Mən artıq sevişə bilmirəm: Məşhur məşqçi xəstəliyi barədə
Məşhur niderlandlı məşqçi Lui van Qal bir neçə il prostat vəzi xərçəngi ilə mübarizə apardıqdan sonra səhhətindən danışıb.
“Sağlamlığım? Mən yaxşıyam. Üç illik radiasiyadan, böyrək infeksiyalarından, prostat əməliyyatından sonra nəhayət ki, yaxşıyam. Mən təbii şəkildə yenidən sidiyə çıxa bilirəm, bu vacibdir. Amma mən artıq sevişə bilmirəm, bu problemdir”, – 72 yaşlı mütəxəssis RTL televiziyasına müsahibəsində deyib.
Xatırladaq ki, van Qalın son iş yeri 2021-2022-ci illərdə çalışdırdığı Niderland millisi olub. Məşqçinin son klubu iki mövsüm rəhbərlik etdiyi “Mançester Yunayted” olub, 2016-cı ildə komandadan ayrılıb. Həmçinin Lui van Qal uzun karyerası ərzində “Barselona” və “Bavariya” kimi nəhənglərə rəhbərlik edib. Mütəxəssis vətənində “Ayaks” və “AZ Alkmaar”ı çalışdırıb.
Aut.az
