İbrahimoviç oğlundan danışdı: Məndən yaxşıdır
“Milan”ın idman və kommersiya məsələləri üzrə müşaviri, komandanınkeçmiş hücumçusu Zlatan İbrahimoviç oğlu Maksimilian İbrahimoviçin İtaliya klubuna keçidi haqda danışıb.
Aut.az xəbər verir ki, isveçli əfsanə ESPN-ə müsahibəsində bu sözləri deyib:
“Mən bir ata kimi çox fəxr edirəm və xoşbəxtəm. Onun çox işi var. Mənim soyadımı daşımaq asan deyil. Amma hələlik onun güclü mentaliteti var və bu, ən vacib şeydir. Sonra taleyi ilə bağlı qərar verəcək. Əgər onun qismətində varsa, gələcəkdə “Milan”da oynayacaq. O, çox çalışır, buna çox inanır və tarix yazmaq istəyir. Onun sözlərinə görə, artıq məndən yaxşıdır (gülür) .
Mən ona dəstək olmaq və kömək etmək üçün buradayam. Amma həddindən artıq qorumaq üçün deyil. Sonda hər şey ondan asılıdır. Mən onun üçün xoşbəxtəm”.
Qeyd edək ki, 17 yaşlı Maksimilian 2024/2025 mövsümündə “Milan”ın gənclərdən ibarət komandasında çıxış edəcək.
Aut.az
