Dünya futbolu

Oteli tərk etdi – Hara köçdüyü məlum deyil

Kriştiano Ronaldo Ər-Riyaddakı oteli tərk edib.

Aut.az xəbər verir ki, “Əl-Nəsr”in futbolçusu ailəsi ilə birlikdə “Four Seasons Kingdom Center” otelində qalırdı.

Ronaldonun ailəsi ilə birlikdə hara köçdüyü hələlik məlum deyil. Amma köç ərəfəsində anasının da Portuqaliyadan gəldiyi bildirilir.

Onun yeni evinin özü və ailəsi üçün yüksək təhlükəsizliyi,  mağazalara, restoranlara, idman zallarına və digər şəraitə asanlıqla çıxışı olan eksklüziv kompleksdə olduğu güman edilir.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilə qədərdir. O, yeni klubunda ölkə çempionatında keçirdiyi 4 oyunda 5 qol vurub, 2 qol ötürməsi edib.

Aut.az