Zaxaryanın qardaşı danışdı: Min faiz əminəm ki…
“Dinamo”nun və Rusiya millisinin yarımmüdafiəçisi Arsen Zaxaryanın qardaşı David Zaxaryan futbolçunun tezliklə “Qalatasaray”a keçəcəyi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Türkiyənin “Fotomac” nəşri “Qalatasaray”ın “Dinamo” ilə Zaxaryanın transferini 15 milyon avroya razılaşdırdığını yazıb. Fevralın 21-də tanınmış insayder Nikolo Şira əlavə edib ki, Zaxaryanın İstanbul klubuna keçməsinə bir addım qalıb və “Qalatasaray” ona ildə 1,9 milyon avro ödəyəcək.
Aut.az xəbər verir ki, David bu məlumatları qətiyyətlə rədd edib:
“Yalnız bir cümlə deyə bilərəm – min faiz əminəm ki, bu məlumat yalandır”.
Aut.az
