Törətdiyi qəzadan danışdı: Bir milyard problem var, amma…
İtaliya millisinin, “İnter”in və “Mançester Siti”nin sabiq hücumçusu, hazırda Türkiyənin “Adana Dəmirspor” klubunda çıxış edən Mario Balotellinin qəzaya düşdüyü haqda məlumat vermişdik.
Aut.az xəbər verir ki, noyabrın 24-də törətdiyi qəzaya münasibət bildirib.
“Mən indicə maşınımı vurdum və sonra başqa maşınla evə getdim. Belə bir şey haqqında böyük hay-küy salmağın dəbdən düşmüş bir şey olduğunu düşündüm. Bu qəzada kimsə xəsarət ala bilərdi, bunu başa düşürəm, amma mən sadəcə maşını vurub evə getdim.
Bir milyard problem var, amma mediada gördüyüm yeganə şey mənim qəzamdır. Kompleks sığortam olmasaydı, problem olardı, amma xoşbəxtlikdən sığortam var. Vacib məsələlərdən danışmaq əvəzinə, ondan danışırlar. İnanılmazdır!” – “Football Italia” Balotellidən sitat gətirib.
Xatırladaq ki, qəza noyabrın 23-də İtaliyanın Breşiya şəhəri yaxınlığında baş verib. 33 yaşlı futbolçu səndələyərək avtomobilindən düşüb. Avtomobilin bütün təhlükəsizlik yastıqları açılıb. İtaliyalı futbolçuya tibbi yardım göstərilib və spirtli içki qəbul edib-etmədiyi yoxlanılıb.
Aut.az
