Bu qədər maaş istəyir, klub tapa bilmir – Türklər və ərəblər imtina etdilər
“Spartak”ın sabiq müdafiəçisi Georgi Cikiyanın klub tapa bilməməsinin səbəbi məlum olub.
Aut.az “Sport24”ə istinadən xəbər verir ki, Türkiyə və BƏƏ klubları Cikiyanın maaş tələblərini qəbul etməyə hazır deyil.
“Türkiyə klubları, Georgi həddən artıq maaş tələb etdiyinə görə onu transfer etmək fikrindən vaz keçdi. Müdafiəçi BƏƏ klublarına, o cümlədən “Əl-Vahda”, “Əl-Ayn”, “Şarja”, “Şabab Əl-Əhli” və digər klublara təklif olunub. Cikiya təxminən 800 min avro maaş və bonuslar almaq istəyir.
Hazırda BƏƏ klubları futbolçu ilə danışıqlara girməyib. Mahaçqala “Dinamo”su da vəziyyəti izləyir – klub sentyabrın 12-də bağlanacaq transfer pəncərəsinin sonuna qədər Cikiyanı gözləməyə hazırdır”, – deyə vəziyyətlə tanış olan mənbə bildirib.
Əvvəllər Cikiyanın karyerasını Yunanıstanda davam etdirə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Aut.az
