Azərbaycan futbolu

“AzNur” Çempionlar Liqasında üçüncü matçını keçirib

Azərbaycanın “AzNur” klubu Polşanın paytaxtı Varşavada keçirilən minifutbol üzrə Çempionlar Liqasında üçüncü matçını keçirib.

Aut.az xəbər verir ki, Ukraynanın “Andezit” komandası ilə görüş 0:0 hesabı ilə bitib.

Qeyd edək ki, “AzNur” buna qədər Fransanın “Les Piopio” klubuna 2:1 hesabı ilə qalib gəlib. İsveçin “Qalport” komandası ilə görüş isə heç-heçə yeklunlaşıb – 2:2.