İngiltərə

Daha bir futbolçu ilə münaqişə yaşayır?

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq müdafiəçi Rafael Varanla aralarında münaqişə olması ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edib.

Şayiələrə görə, klub fransızı 20-30 milyon funta satmağa hazırdır. “Mançester Yunayted”in əsas heyətində yerini itirən futbolçu ilə “Bavariya” maraqlanır.

“Nə danışdığınızı bilmirəm. Bunlar şayiələrdir. Rafael bizim üçün vacib oyunçudur, lakin komanda daxilində rəqabət var ki, bu da bizim kimi top-klubda olmalıdır”, – deyə Ten Haq “Manchester Evening News”a bildirib.

30 yaşlı Varan 2021-ci ilin yayında “Real”dan “Mançester Yunayted”ə keçib. Bu mövsüm fransalı bütün turnirlərdə 12 matçda iştirak edib, 1 qol vurub.

Aut.az