MY-dən ayrılır: Özünü bu kluba təklif etdi
“Mançester Yunayted”in hücumçusu Antoni Marsial klubu tərk edəcək.
Aut.az xəbər verir ki, onun “qırmızı şeytanlar”la müqaviləsi yayda başa çatır. Oyunçu yeni sözləşmə imzalamayacaq.
Fransız futbolçunun agentləri onu “İnter”ə təklif ediblər. Milanlılar düşünmək üçün vaxt istəyiblər.
Bununla belə, klubun başqa planları var. Hücum mövqeyində çıxış edən digər futbolçularla bağlı danışıqlar aparılır. Bu barədə “Football Italia” məlumat yayıb.
Antoninin Fransada da seçimləri var. Bununla belə, o, Çempionlar Liqasında oynamaq istəyir.
Forvardın bu mövsüm Premyer Liqada cəmi 13 oyunda iştirak edib və bir qolu var.
Aut.az
