İtaliya

Əfsanə “Yuventus”a qayıtdı – Bu vəzifəyə

“Yuventus”un keçmiş müdafiəçisi Corco Kellini yenidən kluba qayıdır, lakin futbolçu kimi yox.

Aut.az xəbər verir ki, sentyabrın 16-dan 40 yaşlı italiyalı futbol qurumları ilə əlaqələrə rəhbərlik edəcək. Bu vəzifədə Kellini birbaşa klubun baş direktoru Mauritsio Skanavinoya hesabat verəcək və milli və beynəlxalq futbol təşkilatlarında” Yuventus”un maraqlarını təmsil edəcək.

“Kellini heç vaxt “Yuventus”dan ayrılmadı – onun ürəyi, ruhu və dəyərləri həmişə həm meydanda, həm də meydandan kənarda klubla bağlı olub. O, sentyabrın 16-dan futbol qurumları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edəcək. Onun akademik təcrübəsi oyunçu, kapitan və “Yuventus” əfsanəsi kimi təcrübəsini tamamlayır”, – klubun rəsmi saytında yazılıb.

Xatırladaq ki, Kellini 2005-2022-ci illərdə “Yuventus”da çıxış edib. “Yuventus”dan ayrıldıqdan sonra müdafiəçi 2023-cü ilin dekabrında futbolçu karyerasını başa vurduğu Amerikanın “Los Anceles” klubunda il yarım keçirib.

Aut.az