Dünya futboluİtaliya

PSJ “Milan”ın tarixi rekordunu təkrarladı

PSJ klubu İtaliya təmsilçisi “Milan”ın 1993-cü ildə qeydə alınan Avropanın top-5 liqalarındakı səfər oyunlarındakı məğlubiyyətsizlik rekordunu təkrarlayıb.

Aut.az xəbər verir ki, Fransa nəhəngi “rossonierlər” kimi 38 matçdır rəqib meydanlarında uduzmur. Bu barədə “Squawka” məlumat yayıb.

Parislilər bu müddətdə 30 qələbə qazanıb, 8 heç-heçə edib.

29 turdan sonra PSJ 71 xalla Fransa çempionatının vahid lideridir. İkinci yerdə 50 xal toplayan “Monako” qərarlaşıb.

Çempionatın növbəti turunda parislilər “Anje” ilə qarşılaşacaq. Görüş aprelin 5-də baş tutacaq.Bu matçda PSJ 1 xal qazanarsa, çempionluq titulunu vaxtından əvvəl təmin edəcək.

Aut.az