“Bayern” Oliseni satmadı, “Real” gürcü üçün hərəkətə keçdi
PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını İspaniyada davam etdirə bilər.
Aut.az xəbər verir ki, “ElNacional.cat” saytının məlumatına görə, “Real Madrid” gürcü futbolçunu transfer etməkdə maraqlıdır.
“Bayern”in Maykl Oliseni satmaqdan imtina etməsindən sonra Madrid klubu diqqətini Xviçaya yönəldib. Lakin Kvaratsxeliya ilə müqavilə bağlamağın asan olacağına dair heç bir əlamət yoxdur. “Los Blancos”un Xviça ilə maraqlanmağa davam edəcəyi təqdirdə, PSJ-nin Vinisius Junior ilə mübadilə müqaviləsi tələb edəcəyi gözlənilir.
Xviça Kvaratsxeliya 2025-ci ildə 80 milyon avroya “Napoli”dən PSJ-yə keçib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. 2025/26 mövsümündə yarımmüdafiəçi parislilərin heyətində bütün yarışlarda 48 oyun keçirib, 19 qol vurub və 11 məhsuldar ötürmə edib.
Aut.az
