Çempionlar Liqasıİspaniya

“Real” “Arsenal”dan 10 km az qaçıb – Günahkar axtarılır

“Real Madrid” Çempionlar Liqasında keçirilən oyunda “Arsenal”dan 10 km az qaçıb.

 Aut.az “Marca”ya istinadən xəbər verir ki, nəticə və komanda oyununun itirilməsi ilə yanaşı, “Real”ın rəhbərliyi və məşqçilər heyəti komandanın “Arsenal”dan on, “Bavariya” və “İnter”dən isə iyirmi kilometr az qaçması faktına heyrətlənib.

“Mançester Siti” ilə matç istisna olmaqla, bütün avrokubok mövsümündə oxşar statistika təkrarlanıb.

Mənbənin sözlərinə görə, əvvəlki yaxşı nəticələr “Real”ın oyunçuları arasında müəyyən arxayınlıq yaradıb. Rəhbərliyin iclaslarında bu mövzu dəfələrlə müzakirə olunub, lakin indi bu problemə xüsusi diqqət yetiriləcək.

Ehtimal olunur ki, bu dəfə Antonio Pintosun (fiziki hazırlıq üzrə məşqçi) metodu mövsümün həlledici mərhələsində gözlənilən nəticəni verməyib ki, buna da bir çox futbolçuların tənbəlliyi şərait yaradıb.

Londonda  Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu “topçular”ın qələbəsi (3:0) ilə başa çatıb.

Aut.az