İngiltərəİtaliya

“Milan” Premyer Liqa klubundan rədd cavabı aldı

“Kristal Pelas” “Milan”ın hücumçusu Jan-Filip Mate üçün təklifini rədd edib.

Aut.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Mənbənin məlumatına görə, “rossonerilər” 28 yaşlı oyunçunu mütəmadi olaraq qol vura bilən hücumçu kimi görürlər.

Mateta 2022-ci ilin yanvar ayından bəri “Kristal Palas”da oynayır. Bu mövsüm fransız bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 10 qol vurub və iki məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.

Aut.az