Azərbaycan futbolu

Azərbaycan millisinin üzvü Almaniya klubunda

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub.

Aut.az  xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

N.Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, müdafiəçinin son klubu Rusiya “Zenit”i olub.