İtalyanları şoka saldı: Türkiyə Superliqası A seriyasından güclüdür
İtaliya millisinin və bir sıra Avropa klublarının sabiq hücumçusu, hazırda “Sion”da çıxış edən Mario Balotelli Türkiyə Superliqasının İtaliya A seriyasından güclü olduğunu bildirib.
“Keçən mövsüm A Seriyasının bir neçə matçına baxdım və İtaliya futbolu ilə paralellərə müqavimət göstərə bilmədim. Və mən belə qənaətə gəldim ki, bu gün Türkiyə çempionatının səviyyəsi İtaliya çempionatından yüksəkdir”, – “ITASportPress” Balotellinin sözlərini sitat gətirib.
Xatırladaq ki, 32 yaşlı Balotelli 2022-ci ilin avqustunda Türkiyənin “Adana Dəmirspor” klubundan “Sion”a keçib.
Aut.az
