İtaliya

Məşhur məşqçi istefa verdi, karyerasını bitirir

“Kalyari” Klaudio Ranyerinin 2023/24 mövsümünün sonunda baş məşqçi postunu tərk edəcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, A seriyasında yerini qoruyan “Kalyari” Ranyerinin rəhbərliyi altında son oyununu mayın 23-də “Fiorentina”ya qarşı keçirəcək.

Mətbuatda yayılan xəbərlərə görə, Ranyeri 38 illik məşqçilik karyerasına son qoyur. İtalyan daha əvvəl “Kalyari”nin onun son iş yeri olacağını bildirmişdi.

2015/16 mövsümündə İngiltərə çempionatında “Lester”i sensasiyalı qələbəyə aparan məhz Ranyeri olub. Onun rəhbərliyi altında “Valensiya” Kral Kuboku, İntertoto Kuboku və UEFA Super Kubokunu, “Fiorentina” isə İtaliya Kubokunu və Super Kubokunu qazanıb. Ranyeri karyerası ərzində “Napoli”, “Yuventus”, “Roma”, “İnter”, “Monako”, “Atletiko” və “Çelsi”də çalışıb.

Aut.az