Onu şəxsən görmək təsirli idi – Maldini kimi deyir?
“Milan”ın və İtaliya millisinin sabiq oyunçusu Paolo Maldini dünyanın bir nömrəli tennisçisi, həmyerlisi Yannik Sinnerlə görüşdən təəssüratlarını bölüşüb.
Aut.az xəbər verir ki, Maldini “SuperTennisTV”-yə bildirib:
“Bu, mənim üçün şərəfdir. Biz onunla artıq tanış olmuşuq, çünki o, Milanelloda (“Milan”ın təlim bazası) olub, çünki o, “Milan” azarkeşidir, amma onu şəxsən görmək təsirli idi. Təsvir edəcək söz yoxdur. Futbol, tennis, bərpa, yorğunluq – hər cür mövzular haqqında danışdıq”.
Sinner daha əvvəl Romada keçirilən “Masters” turnirinin 1/4 finalında rusiyalı Andrey Rublevi məğlub etmişdi.
Növbəti oyunda Sinner Daniil Medvedevə qarşı oynayacaq.
Aut.az
