İngiltərəİtaliya

Emerson İtaliya nəhəngində

“Tottenhem”in sağ cinah müdafiəçisi Emerson Royal “Milan”a keçib.

Aut.az xəbər verir ki, “rossoneri”nin mətbuat xidməti tərəflərin 2028-ci il iyunun 30-na kimi daha bir mövsüm uzatmaq imkanı ilə müqavilə bağladığını açıqlayıb.

Təsdiqlənməmiş məlumatlara görə, 25 yaşlı braziliyalının transferi İtaliya komandasına 15 milyon avroya başa gəlib.

Emerson karyerasına vətənində başlayıb. “Tottenhem” onu 2021-ci ilin yayında alıb. Emerson londonluların heyətində 101 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. O, Braziliya millisində 10 oyun keçirib.

Aut.az