İngiltərə

39 yaşlı Silva bəyan etdi: Qərarımı vermişəm

“Çelsi”nin müdafiəçisi Tiaqo Silva gələcəyi ilə bağlı artıq qərar verdiyini bildirib.

Aut.az xəbər verir ki, 39 yaşlı braziliyalının London klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

“Qərarımı yaxın günlərdə öyrənəcəksiniz. İndi məğlubiyyətdən sonra (İngiltərə kubokunun yarımfinalında “Siti”yə 0:1) heç nə demək istəmirəm. Nəticəyə üzüldüm, amma gec-tez xəbər çıxacaq. Artıq qərarımı vermişəm, amma indi bunu paylaşmağın vaxtı deyil.

Bu, fərdi idman növü deyil, amma mənim burada dörd çox yaxşı ilim olub. Liqada 39 yaşında yüksək səviyyədə çıxış edən futbolçuları belə intensivliklə tapmaq nadirdir.

Özüm haqqında danışmağı sevmirəm. Bununla belə, yarımfinalda əlavə vaxtda oynamağa hazır idim! Mən görürəm ki, futboldan həzz almağa davam etmək üçün daha bir neçə ilim var”, – Silva deyib.

Aut.az