İngiltərə

Virts debüt qolundan danışdı: Əmindim ki… – VİDEO

“Liverpul”un yarımmüdafiəçisi Floryan Virts Premyer Liqanın 18-ci turunda “Vulverhempton” üzərində 2:1 hesablı qələbədən sonra mersisaydlılar adına vurduğu debüt qolunu şərh edib.

Aut.az xəbər verir ki, yayda “Bayer”dən 125 milyon avroya transfer olunan 22 yaşlı alman futbolçu “qırmızılar”ın heyətində 23-cü matçında ilk dəfə fərqlənib.

“Meydanda azarkeşlərin əhatəsində olmaq çox xoş idi. Çox xoşbəxt idim və hələ də xoşbəxtəm. Əmin idim ki, bir gün qol vuracağam. Daha tez qol vurmağa və məhsuldar ötürmələr etməyə başlamaq istəyirdim, amma hər şey belə alındı və bunu qəbul etməli oldum. Sadəcə bilirdim ki, bu mütləq baş verəcək. Elə bu cür də davam etməyə çalışacağam”, — deyə Virts bildirib.

Aut.az