Dünya futbolu

Ronaldo dubl etdi, komandası qələbə qazandı

Səudiyyə Ərəbistanı çempionatının 11-ci turu çərçivəsində “Əl-Nəsr” doğma meydanda “Əl-Oxdud” üzərində inamlı qələbə qazanıb.

Aut.az xəbər verir ki, Ər-Riyadda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

İlk hissədə dubla imza atan Kriştiano Ronaldo matçın əsas qəhrəmanı olub. 31-ci dəqiqədə hesabı açan 40 yaşlı portuqaliyalı futbolçu hissənin sonlarında ikinci qolunu vurub. Bununla da Ronaldonun karyerasındakı qollarının sayı 956-ya çatıb.

Matçda son nöqtəni ikinci hissəyə əlavə olunmuş vaxtda Joao Feliks qoyub.

Bu qələbə ilə “Əl-Nəsr” mövsümdə keçirdiyi 10 oyunun hamısında qalib gələrək Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə liderlik edir.