Dünya futbolu

Levandovski millidəki qalmaqaldan danışdı: Eşidəndə şok oldum

Polşa millisinin hücumçusu Robert Levandovski yığmada kapitan sarğısından məhrum edilməsinə münasibət bildirib.

Aut.az xəbər verir ki, o, yaşanan hadisəyə görə baş məşqçi Mixal Probeja qarşı kin saxlamadağını bildirib:

“Xeyr, mən kinli insan deyiləm. Bu barədə ilk dəfə eşidəndə şok oldum, amma az sonra bu, fikrimdən çıxdı.

Düşünürəm ki, insanların dəstəyi sayəsində bu anı daha asan keçirdim. Küçədə mənə yaxınlaşıb xoş sözlər deyirdilər, bu, çox xoş idi. Bütün bunlar ölkəmizi layiqincə təmsil etmək istəyimi daha da artırdı”.

Qeyd edək ki, martın 26-da Polşa millisi 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda Albaniya ilə pley-off matçı keçirəcək.