Dünya futbolu

Futbolçu dəhşətli zədə aldı: Oyun 30 dəqiqə dayandı

“Lill”in yarımmüdafiəçisi Anxel Qomes Liqa 1-in açılış turunda “Reyms”lə oyunun ilk hissəsində başından ciddi zədə alıb.

Aut.az xəbər verir ki, top uğrunda mübarizə apararkən “Reyms”in yarımmüdafiəçisi Amadu Kone dirsəklə Qomeşin başına möhkəm zərbə endirib. Nəticədə 23 yaşlı ingilis qazona yıxılaraq huşunu itirib.

Yarım saatdan çox meydanda tibbi yardım alan Qomes xərəklə meydandan çıxarılıb.

Lill sosial şəbəkələrdə Qomesin özünə gəldiyi və xəstəxanada olduğu bildirilib.

Qeyd edək ki, Kone qırmızı vərəqə alıb. Qarşılaşma “Lill”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aut.az