Messinin yeni baş məşqçisi rəsmən açıqlandı
“İnter Mayami” rəsmi saytında Xavyer Maskeranonun komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb
Aut.az xəbər verir ki, Maskerano ilə müqavilə MLS-də 2027-ci il mövsümünün sonuna qədər nəzərdə tutulub. “Barselona”nın keçmiş futbolçusunun iş üçün lazım olan sənədləri aldıqdan sonra “İnter Mayami”də işə başlayacağı vurğulanır.
Maskerano şəxsi səbəblərdən ayrılan Xerardo Martinonu əvəzləyib. Hazırda “İnter Mayami”nin heyətində Lionel Messi, Serxio Busquets, Luis Suares, Jordi Alba kimi sabiq “Barsa”lılar var.
40 yaşlı mütəxəssisin son iş yeri Argentinanın gənclər komandası olub.
Aut.az
