“Kayrat”ın oyununa maraq yoxdur, biletləri havayı verirlər
Bu gün, oktyabrın 21-də UEFA Çempionlar Liqasının üçüncü turunda “Kayrat” Kiprin “Pafos” klubunu qəbul edir.
Aut.az xəbər verir ki, oyun Qazaxıstanın Almatı şəhərindəki 26 242 tamaşaçı tutumlu Mərkəzi Stadionunda keçiriləcək.
Goal.kz Telegram kanalının məlumatına görə, starta iki saat qalmış biletlərin yalnız 20%-i satılıb, bəziləri isə pulsuz verilib.
Xatırladaq ki, ötən tur “Real Madrid”lə də Almatıda keçirilən oyunda tamaşaçıların hamısı sıxlıq səbəbindən arenaya daxil ola bilməmişdi.
İki turdan sonra “Kayrat” Çempionlar Liqasının ümumi turnir cədvəlində sonuncu, 36-cı yeri tutur. Qazaxıstan çempionu hər iki oyunda məğlub olub.
Aut.az
