Dünya futbolu

FİFA hakim və futbolçulara bu hüququ verdi: Cəza sərtləşdirildi

Beynəlxalq Futbol Federasiyaları Şurası futbol oyunları zamanı irqçilik təzahürlərinə görə sanksiyaları sərtləşdirən FİFA İntizam Məcəlləsinin yeni versiyasını təsdiqləyib.

Aut.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Artıq irqçi təhqirlərə görə maksimum cərimə 5 milyon İsveçrə frankı (təxminən 6 milyon dollar) olacaq. Eyni zamanda, tribunada irqçilik halları baş verərsə, matçın hakimlərinə oyunu  vaxtından əvvəl dayandırmaq və bitirmək hüququ verilib.

Futbolçulara isə azarkeşlər arasında qanun pozuntusu törədən şəxslərin müəyyən edilməsinə şəxsən köməklik etmək hüququ verilib ki, təhlükəsizlik əməkdaşları onları stadiondan uzaqlaşdıra bilsinlər.

Aut.az