Dünya futbolu

Mehdi Fransa nəhəngində direktor olacaq

Turin “Yuventus”unun və “Bavariya”nın keçmiş futbolçusu Mehdi Benatia Fransanın “Marsel” klubunun idman direktoru olacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

36 yaşlı mərakeşli özünü ilk dəfə futbol funksioneri rolunda sınayacaq. Fransa klubu onunla bir neçə həftə danışıqlar aparıb və nəhayət, razılığa gəliblər. “Marsel” bütün lazımi sənədlərin gələn həftənin əvvəlində imzalanacağını gözləyir.

Mehdi Benatia futbol oynayarkən peşəkar səviyyədə 401 oyun keçirib, 25 qol vurub, 6 məhsuldar ötürmə edib. 18 noyabr 2021-ci ildə karyerasını bitirdiyini elan edib.

Aut.az