Dünya futbolu

“Mançester Yunayted”in əfsanəsinin qardaşı ölü tapıldı

“Mançester Yunayted”in əfsanəsi Nemanya Vidiçin böyük qardaşı Duşan Vidiç yanvarın 20-də Belqradda ölü tapılıb.

Aut.az xəbər verir ki, bu barədə Serbiya mediasının məlumat yayıb.

Faciənin başvermə şəraiti ilə bağlı təfərrüatlar açıqlanmır. Nemanya Vidiç isə qardaşının ölümü ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Duşan Vidiç barədə məlumatlar məhduddur. Mətbuatın yazdığına görə, məhz o, 7 yaşlı Nemanyanı ilk dəfə yerli “Yedinstvo Ujitse” klubunun məşqinə aparıb. Duşanın futbolçu karyerası uğurlu alınmayıb, kiçik qardaşı isə sonradan dünya futbolunun ulduzuna çevrilib.

“Duşan Nemanyaya çox böyük dəstək verirdi, bunu yaxşı xatırlayıram, onlar bir-birinə çox bağlı idilər. O, tez-tez özünü Nemanyanın məşqçisi adlandırırdı, çünki onun üçün Nemanyanın futbol oynaması çox vacib idi. Hələ də buna inana bilmirəm, bu, dəhşətli bir faciədir”, – deyə “Yedinstvo Ujitse”nin məşqçisi Draqan Maryanoviç bildirib.