Dünya futbolu

Platini FİFA-nı ittiham etdi: heç vaxt ən yaxşıları görmək istəmədi

Fransa futbolunun əfsanəsi, UEFA-nın sabiq prezidenti Mişel Platini ölkəsinin milli komandasının Paris Olimpiadasında çıxışını izləmək fikrində olmadığını bildirib.

Aut.az xəbər verir ki, Platini bu məsələyə münasibət bildirərkən FİFA-nı da ittiham edib.

“Fransanın Olimpiya komandası ilə maraqlanmıram. Futbol olimpiya idman növü deyil”, – Platini bildirib.

Avropa futbolunun keçmiş rəhbərinin sözlərinə görə, futbol yalnız stadionu dolduran idman növü olduğuna görə Oyunların proqramına daxil edilib.

“Ən çox tamaşaçı cəlb edən futboldur, bu qədər. FIFA heç vaxt Olimpiadada ən yaxşıları görmək istəmədi. Siz ikinci, üçüncü, dördüncü komanda kimi çıxış edə bilərsiniz – mən bunda heç bir məna görmürəm.

Amma mən Oyunları gözləyirəm. Bu, tamaşaçıların idmançılar ətrafında birləşdiyi gözəl birlik anı, idmanda ən yaxşı vaxtdır”, – Platininin sözlərini RMC Sport sitat gətirib.

Aut.az