Premyer Liqanın rekordçusu 43 yaşında karyerasını bərpa etdi – FOTO
İngiltərə Premyer Liqasının oyun sayına görə rekordçusu Qaret Barri 43 yaşında karyerasını bərpa edib.
Aut.az xəbər verir ki, Barri Premyer Liqada “Aston Villa”, “Mançester Siti”, “Everton” və “Vest Bromviç” klublarında 653 dəfə forma geyinib. Yarımmüdafiəçi 2020-ci ilin avqustunda karyerasını bitirib. Son oyunu 2020-ci ilin martında “Vest Bromvim”in FA Kubokunda Nyukasla 2-3 məğlub olduğu oyun olub.
Barri klubun sosial şəbəkələrində elan edildiyi kimi, 11-ci diviziondan “Hurstpierpoint” üçün oynayacaq.

Aut.az
