“Qarabağ”ın futbolçusu İngiltərə klubunun siyahısında
İngiltərənin “Haddersfild” klubunun tarixi ərzində həyata keçirdiyi ən bahalı 5 transfer açıqlanıb.
Aut.az xəbər verir ki, siyahıda hazırda “Qarabağ”ın formasını geyinən Adama Diakabi də var. Premyer Liqa təmsilçisi 2018-ci ildə “Monako”dan transfer etdiyi 27 yaşlı hücumameylli yarımmüdafiəçi üçün 9 milyon funt sterlinq ödəyib. Fransalı vinger 2021-ci ilədək formasını geyindiyi “Haddersfild”də 48 oyuna çıxsa da, bir qol belə vura bilməyib.
Siyahıya Terens Konqolo başçılıq edir – 17,5 milyon. İkinci pillədə Aleks Pritçard (12 milyon) qərarlaşıb. Stiv Muni və İsaak Mbenza (hər ikisi 11 milyon) isə 3-4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, Adama Diakabi “Qarabağ”a bu ilin yanvarında azad agent statusu ilə transfer olunub.
