İtaliya

“Napoli” Spalletti ilə bağlı qəti qərar verdi

“Napoli” rəhbərliyi baş məşqçi Luçano Spalletti ilə müqavilənin uzadılması variantını aktivləşdirib.

“Müqaviləmi 2024-cü ilin iyununa qədər uzatmaq seçimini aktivləşdirdiyi üçün klub rəhbərliyinə minnətdaram. Direktorumuz Kristiano Cuntoli artıq növbəti mövsüm üçün heyət və müqavilələrin imzalanması üzərində işləyir”, – deyə jurnalist Fabritsio Romano Spallettidən sitat gətirib.

Qeyd edək ki, “Napoli” Spallettinin rəhbərliyi altında bu mövsüm vaxtından əvvəl İtaliya çempionluğunu təmin edib.

Aut.az