İngiltərə

Derbidə azarkeş ölüb

Dekabrın 15-də “Mançester Siti” – “Mançester Yunayted” matçı zamanı tribunada faciəvi hadisə baş verib.

Aut.az xəbər verir ki, “Mançester Siti” klubunun azarkeşlərindən birinin halı pisləşib. Hadisə yerinə gələn tibb işçiləri fanata tibbi yardım göstərməyə çalışıblar.

“Mançester Siti”nin rəsmi saytının məlumatına görə, həkimlərin bütün cəhdləri boşa çıxıb və azarkeş dünyasını dəyişib.

Derbidə “Yunayted” qalib gəlib – 2:1.

Aut.az