“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola, hazırda icarə əsasında “Vest Hem”də çıxış edən “Siti”nin yarımmüdafiəçisi Kalvin Fillipsdən üzr istəyib.
Aut.az xəbər verir ki, Qvardiola 2022-ci ildə futbolçunu artıq çəkisi olduğuna görə tənqid etmişdi.
“Bəli, üzr istəyirəm. Səkkiz ildən bir üzr istəmək pis deyil. Ondan üzr istəyirəm”, – deyə Qvardiolanın sözlərini “Daily Mail” sitat gətirib.
Xatırladaq ki, Filips daha əvvəl mətbuata açıqlamasında bu hadisənin DÇ-2022-dən qayıtdıqdan sonra baş verdiyini bildirmişdi. Fillipsin sözlərinə görə, Qvardiolanın şərhləri onu hədsiz dərəcədə əsəbiləşdirib və özünə hörmətinə mənfi təsir edib.
Bu mövsüm Fillips bütün yarışlarda 14 matçda iştirak edib və bir qol vurub.
Aut.az