İngiltərəDünya futboluİspaniya

“Arsenal” gənc istedadı hədəf alıb: Amma güclü rəqibi var

“Arsenal” müdafiədə böyük çətinliklərlə üzləşmir, amma bu mövqedə mərkəzi gücləndirmək haqda düşünür.

Aut.az xəbər verir ki, “topçular” klubun müdafiəsinin lideri ola biləcək perspektivli gənc mərkəz müdafiəçisini hədəfə alıblar. Amma onun uğrunda mübarizə aparan başqa bir rəqib də var.

19 yaşlı Luis Benedetti “Palmeyras”ın müdafiəçisidir və tezliklə Premyer Liqaya və ya La Liqaya keçə bilər. “Barselona” da onu almaq istəyir.

AS-ın məlumatına görə, kataloniyalılar artıq futbolçu üçün 12 milyon avro təklif etməyə hazırdır.

Benedettinin ölçüləri (boyu 197 sm) və oyun tərzi “Real”a yeni gələn Din Heyseni xatırladır. Maraqlıdır ki, Luis artıq “braziliyalı Heysen” ləqəbini də qazanıb.

Benedetti, gənclər komandasında 29 oyunda altı qol vurmaqla, mövqeyinə görə qol rekorduna sahibdir.

Aut.az