Dünya futbolu

“Qızıl top”un qalibi bu tarixdə açıqlanacaq

“France Football” jurnalı 2023/24 mövsümünün nəticələrin əsasən ən yaxşı futbolçunu mükafatlandırılacağı “Qızıl top” mərasiminin vaxtını açıqlayıb.

Aut.az xəbər verir ki, tədbir oktyabrın 28-də Parisdəki “Chatelet” teatrında keçiriləcək.

Ən yaxşı futbolçu mükafatına namizədlərin siyahısı sentyabrın 4-də açıqlanacaq.

Qeyd edək ki, 2023-cü ildə argentinalı Lionel Messi karyerasında 8-ci dəfə “Qızıl top”u qazanıb.

Aut.az