Blatter və Platini yenidən məhkəmə qarşısında
FİFA-nın keçmiş prezidenti Zepp Blatter və UEFA-nın keçmiş prezidenti Mişel Platini yenidən İsveçrədə məhkəmə qarşısına çıxıb.
Publika.az xəbər verir ki, Onlar 2011-ci ildə Blatter tərəfindən təsdiqlənmiş Platiniyə 2 milyon İsveçrə frankı (2,13 milyon avro) ödəməsi ilə bağlı maliyyə fırıldağında ittiham olunurlar.
2022-ci ildə hər iki keçmiş funksioner bəraət qazanıb, lakin İsveçrə prokurorluğu apellyasiya şikayəti verib. İndi işə İsveçrə Cinayət Məhkəməsinin Apellyasiya Palatası baxır. İttiham tərəfi ödənişin qanunsuz olduğunu və FİFA-ya maddi ziyan vurduğunu iddia edir.
Prokurorluq Blatter və Platininin 20 ay həbs cəzası tələb edir. Təqsirləndirilən şəxslər ittihamları rədd edərək, bu vəsaitin Platininin konsaltinq işi üçün ödəniş olduğunu deyirlər.
Məhkəmənin martın 6-na kimi davam edəcəyi, hökmün martın 25-də veriləcəyi gözlənilir.
