Dünya futbolu

Sual verəndə gözlərimə bax – Ronaldo kiminlə mübahisə edib?

Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo mətbuat konfransı zamanı jurnalistlə mübahisə edib.

Yada salaq ki, cümə axşamı, martın 20-də Portuqaliya millisi Millətlər Liqasının 1/4 final mərhələsinin ilk oyununda Danimarkaya uduzub (0:1).

Mətbuat konfransında jurnalistlər komandanın gözəl futbol oynamadığını, 40 yaşlı Ronaldonun 90 dəqiqə oynaya bilmədiyi ilə  bağlı suallar verib, həmçinin Robert Martinesin komandasını tənqid ediblər.

Suallardan birindən sonra Ronaldo belə cavab verib: “Mən milli komandanın ətrafında çoxlu neqativlərin olduğunu hiss edirəm. Son günlər bir neçə mətbuat konfransına baxdım və gördüklərimi bəyənmədim. Açığını deyim ki, verdiyiniz bəzi suallar, sadəcə olaraq hörmətsizlik idi.

Məndən cavab almaq istəyirsənsə, sual verəndə gözlərimə bax. Məndən nəsə soruşub kompüterə baxmağın mənası yoxdur. Bunun üçün daha sonra vaxtınız olacaq. Lazım olsa, bunu 10 dəfə təkrar edəcəm”.

Aut.az