Bu klubun lideri həbs edildi – Kokain alverinə görə
Uelsin “Barri Taun” klubunun vitse-kapitanı kokain alverinə görə həbs edilib.
Aut.az xəbər verir ki, Evan Press narkotik alverində təqsirli bilinərək Nevport Krovn Məhkəməsində iki il altı ay müddətinə azadlıqdan məhrum edilib.
24 yaşlı futbolçu bu mövsüm Uels Premyer Liqasının yarımpeşəkar komandası “Barri”nin heyətində 33 oyunda meydana çıxıb və onların 19-da kapitan olub.
Evan komandanın əsas oyunçusudur. O, 2018-ci ildə kluba qoşulduqdan sonra 187 oyunda 11 qol vurub.
Aut.az
