40 yaşı var, amma özünə qoyulmur – VİDEO
“Portu”nun 40 yaşlı müdafiəçisi Pepe Portuqaliya çempionatında “Sportinq”lə matçda kobud hərəkət edib.
Aut.az xəbər verir ki, ikinci hissənin əvvəlində, meydan sahibləri hesabda öndə olanda təcrübəli futbolçu emosiyalarını saxlaya bilməyib. Komandası cərimə zərbəsini yerinə yetirərkən, Pepe ona mane olmaq istəyən “Sportinq”in futbolçusu Mateusun sifətinə yumruq vurub.
Bu zərbədən sonra onun dodağı partlayıb. Hakim epizodun təkrarına baxdıqdan sonra onu meydandan qovub.
Qarşılaşma “Sportinq”in qələbəsi ilə yekunlaşıb – 2:0.
Aut.az
https://twitter.com/i/status/1736867510484345100
