Ukraynalı futbolçu PSJ-də bu qədər qazancaq
Ukrayna millisinin və İngiltərənin “Bornmut” klubunun mərkəz müdafiəçisi İlya Zabarni bir sıra aparıcı dünya komandalarının maraq dairəsinə düşüb.
Aut.az xəbər verir ki, 22 yaşlı futbolçunun transfer yarışında qalib PSJ”olub. Fabritsio Romanonun məlumatına görə, transfer razılaşması əldə olunub. Paris klubu bonuslar da daxil olmaqla Premyer Liqa təmsilçisinə 67 milyon avro ödəyəcək.
Fransa mətbuatı Zabarının maaşını açıqlayıb. Bildirilir ki, İlya beşillik müqavilə imzalayacaq və ilk mövsümdə xalis 4,5 milyon avro qazanacaq. Müqayisə üçün, “Bornmut”da o, ildə 2,6 milyon avro maaş alırdı.
Aut.az
