Dünya futboluDünya cempionatı

Onu vətənində qarğışla qarşıladılar – VİDEO

Cənubi Koreya millisinin keçmiş baş məşqçisi Hon Men Bo 2026-cı il Dünya Kubokunun keçirildiyi Meksikadan vətənə qayıdarkən təhqir və söyüşlərlə qarşılanıb.

Aut.az xəbər verir ki, bu barədə “The Korea Herald” qəzeti məlumat yayıb.

Məlumata görə, yüzlərlə azarkeş hava limanında toplaşaraq “Hon Mebə lənət!” şüarları səsləndirib. 100-dən çox polis əməkdaşı terminaldan avtobusa gedən yolu mühasirəyə alıb və məşqçi mətbuatla danışmaqdan imtina edib.

Cənubi Koreya millisi qrup mərhələsini keçə bilməyib və turniri tərk edib. Elə həmin gün Hon Men Bo istefa verib.

Aut.az