Dünya futbolu

“Kiçik Messi”ni Əfqanıstandan İtaliyaya apardılar

Əfqanıstanlı Mortəza Əhmədi   5 yaşında ikən məşhur argentinalı futbolçu Lionel Messinin  plastik torbadan formasını düzəldib çəkdirdiyi  fotodan sonra “Kiçik Messi” kimi  məşhurlaşmışdı. 

Mortəza 2016-cı ildə atası ilə birgə Qətərə gedib  Messi ilə  tanış da olmuşdu. Bundan sonra ailəsi Mortəzanın oğurlanacağından qorxduğu üçün tez-tez yaşayış yerini dəyişirmiş. Son 6 ildə Kabil, Qəzna və Məzari-Şərif şəhərlərinə köçməyə məcbur olublar. Qətərə getməyə bilet ala bildikləri üçün onları zəngin sayırmışlar.

Etnik hazaracat olan Əhmədilər ailəsi “Taliban”ın yenidən hakimiyyətə gəlməsindən sonra daha çox təhdid olunduqlarını iddia edir.  Ailə “Taliban” hakimiyyətə gəldikdən sonra 17 ay gizlənib,  son bir ayı isə  Pakistanda keçirib.

Son günlər böyük bacısı müxtəlif beynəlxalq agentliklərlə əlaqə saxlayıb və Mortəzanın Əfqanıstandan çıxarılması üçün kömək istəyib.

Nəhayət, cavab gəlib. 12 yaşlı Mortəza Əhmədi ailəsinin yeddi  üzvü ilə birgə İtaliyanın paytaxtı Romaya mühacirət edib.

Cəmaləddin Quliyev