Murad Musayevin telefonla verdiyi tapşırıq da işə yaramadı – FOTOFAKT
Azərbaycan çempionatının 24-cü turunda “Şamaxı” “Sabah”ı qəbul edib. Meydan sahibləri çempionluq uğrunda mübarizə aparan rəqibdən çəkinməyiblər və layiqli qələbə qazanıblar – 2:1.
Aut.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Murad Musayev bu qarşılaşmanı texniki zonadan izləyə bilməyib. O, cəzalı olduğu üçün tribunada olub. Oyun ərzində həyəcanlı və əsəbi olan Murad Musayev komandasının bərbad oyununa heç cür müdaxilə edə bilməyib.

O, bir neçə dəfə köməkçiləri ilə telefon əlaqəsi saxlayaraq tapşırıqlar verib. Amma onun bu tapşırıqları da işə yaramayıb. Görünür, “Sabah”ın dərdi daha böyükdür, tapşırıqla düzələn deyil.
Aut.az
